Fındıq özünün nadir tamı və digər təbii xüsusiyyətlərinə görə qədim zamanlardan insanların, ilk növbədə fındığın ənənəvi yayıldığı coğrafi regionların əhalisinin qida rasionunda özünə məxsus yerini tutur.

Zülal, karbohidrat və yağlar, kalsium, kalium, natrium və ferrum kimi kimyəvi elementlər, olein, stearin və palmitin turşularının qliseridləri, insan orqanizmi üçün faydalı olan digər elementlər və onların qarışıqları fındığın tərkibində geniş təmsil olunduğuna görə onun qida məhsulu kimi istifadəsi insan orqanizmində qan-damar xəstəlikləri və kanserogenlərin yaranmasının, xolesterinin artmasının qarşısını alır, əzələ, sümük, əsəb və immun sistemlərinin möhkəmlənməsinə, reproduktiv imkanların inkişafına və ümumi həyat fəaliyyəti dərəcəsinin yüksəlməsinə çox müsbət təsir göstərir. Fındığın bu və insan orqanizmi üçün faydalı olan digər xüsusiyyətləri onun əhalinin bütün yaş təbəqələrinin qida rasionuna daxil edilməsinin zəruriyyətini təsdiq edir.

Azərbaycanda fındığın müxtəlif növlərinin yetişdirilməsi və emal olunması sahəsində əsrlər boyunca davam edən ənənələr formalaşıb və hal-hazırda müvəffəqiyyətlə inkişaf olunur. Bu növlərdən ən məşhur olanı, fındığın yetişdirilməsi üçün əlverişli şəraiti ilə fərqlənən Şəki – Zaqatala bölgəsində geniş miqyasda yetişən (fındıq ağaclarının ümumi sayının 95 faizi), özünün xüsusi dadı və digər müsbət keyfiyyətləri ilə seçilən “Atababa” növüdür.

Azərbaycanın ərazisindən keçən Böyük İpək Yolunun dövründən başlayaraq sonrakı tariximizin bütün mərhələlərində azərbaycan fındığı dünyanın müxtəlif bölgələrinə ixrac olunan kənd təsərrüfatı məhsullarının sırasında daimi olaraq qabaqcıl yerlərdən birini tuturdu. Hal-hazırda azərbaycan fındığı yetişdirilməsi və emalına məxsus xüsusiyyətlərinə görə ekoloji baxımından daimi təmiz və saf məhsul olaraq, özünün tamı və keyfiyyət göstəriciləri baxımından türk fındığının tanınmış növlərindən geri qalmayaraq, dünya bazarında qətiyyətlə müvafiq mövqeləri qazanmaqdadır.

SATIŞ COĞRAFİYASI

Müəssisəmizin məhsullarının satışı geniş coğrafiyaya malikdir. “BakFem” şirkəti məhsullarının nəql edilməsi məsələlərinə böyük əhəmiyyət verir. Şirkətimiz məhsullarını etibarlı şəkildə, vaxtında və təhlükəsiz vəziyyətdə alıcıya çatdırmaq üçün bütün imkanlardan istifadə edir. Biz həmişə yeni bazarların əldə edilməsində maraqlıyıq.

FINDIQ HAQQINDA

Fındıq özünün nadir tamı və digər təbii xüsusiyyətlərinə görə qədim zamanlardan insanların, ilk növbədə fındığın ənənəvi yayıldığı coğrafi regionların əhalisinin qida rasionunda özünə məxsus yerini tutur.Ətraflı...

STANDARTLAR

ГОСТ 16835

TS-3075

AZS-077-2003

TS-1917

SERTİFİKATLAR

Əlaqə

AZ1040, Azərbaycan – Bakı, Bakıxanov qəs., Bünyadov küç., 12

Tel.: (+99 412) 425 00 84

Faks: (+99 412) 447 41 19

e-mail: office@bakfem.com