İstehsalat
Çatdırılma




















"Bakfem"  FAS,FOB,CFR,CİF,CPT,CİF,DAF və DDU şərtlərinə uyğun olaraq butun istiqamətlərdə məhsulun daşınması həyata keçirir.Rusiya, Ukrayna, Belarusiya, Polşa, Ruminiya Yaponiya,Şimali Koreya, Özbəkistan, Qazaxıstan, Gürcüstan və bir sıra digər ölkələrdən olan fındıq sifarişçiləri artıq məhsulun və Bakfem müəssisələri tərəfindən göstərilən xidmətin kefiyyətini qənaətbəxş hesab edirlər.
Biz həmişə yeni yeni əlaqələrə,müştərilərə,verilən tekliflərə şad oluruq və hamını qarşılıqlı mənfəətli əməkdaşlığa dəvət edirik.Müəssisədə kefiyyətə nəzarət məqsadi ilə məhsul yiğımı və onun sonrakı emalınadair çox ciddi, aydın və dəqiq standartlar (yəni nümunələr) mövcuddur.
Live with taste...
İstehsal prosesi







Fındıq emalı ərazidə təmizləmə və qurudulma ilə başlayır. Avtomatik rejimdə ixtisaslaşdırılmış müasir avadanlıq, xammalı təsadüfi düşmüş artıqlardan və qeyri-standart fındıqdan təmizləyir. Bundan sonra xammal konveyer və lift sistemi vasitəsi ilə avtomatik qurudulma aparatina göndərilir və burada öz növəsində avtomatik rejimdə xammalin rütubətliliyi standartlarda göstərilmiş dərəcəyə gətirilir.Bundan sonra kalibrləmə sahəsində findiq ölçülərindən aslı olaraq müxtəlif bunkerlərə yığılır,bu növbəti mərhələdə findiq itkisinin qarşısını alır.

Fındığın qabığının ləpədən ayrılma prosesi , bir-biri ilə əvəz edən iki müxtəlif növ avadanlıq vasitəsilə həyata keçirilir.Qabıqdan təmizlənmiş fındıq ləpəsı yenidən ölçülərinə görəçeşidlənir. Bu mərhələdən başlayaraq,qəbul olunmuş standartlara və muştərinin tələblərinə uyğun olaraq hazır məhsulun son parametrləri verilir.

Çalışqan çeşidləyici qadınların əlindənkeçən fındıq ləpəsi özünün ilk əmtəə (satlıq) görünüşünü alır, məhsulun bir hissəsi isə daha dərin emal prosesini keçir k, bu da istehlakçıları (alıcıları) fındıq məhsulunun çox geniş arrostimenti (çeşidi) ilə (qovrulmuş doğranmış, un və s.) təmin etməyə imkan verir.

İstiliklə emal etmə sahələrində fındıq ləpəsini lazım olan rütübətə və qovrulma dərəcəsinə çatdırırlar.Lazım olan tempraturda isti hava avtomat sobalarda formalaşır (yəni yaranır). Sonra qovrulmuş ləpə fındığın daxili dərəcəsindən təmizlənir.Fotoelement vasitəsilə qurğu tamamilə təmizlənmiş ləpəni digərlərindən ayırır.Hazırlanmış ləpə sifarişçinin tələb etdiyi müəyyən parametrlərlə 0-2 mm (un), 2-4 mm, 4-6 mm və digər ölçülərdə sifarişcinin arzusuna uyğun olaraq doğranmağa verilir. Son məhsulun uzun müddət saxlanılmasını təmin etmək məqsədi ilə 12,5 və 20 kq-lıq polietilen kisələrə vokuum doldurulma tətbiq edilir.
bakfem
Xəbərlər - "BakFem" MMC yeni məhsulun istehsalına başladı - "Şokoladlı Xurma"...               Xəbərlər - "BakFem" MMC Yeyinti Məhsulların Sərgisində iştirak etdi - WordFood...
Ünvan:
Bakı - Azərbaycan
Bakixanov qəs, Bunyadov k.12
AZ1040
Tel: (+99 412)  425 00 84
Faks: (+99 412) 447 41 19
e-mail: office@bakfem.com


Copyright © 2011 "BakFem" Ltd
All rights reserved



Design © LMStudio
lm@bakfem.com
B  A  K  I    F  I  N  D  I  Q    E  M  A  L  I    M  M  C