Fındıq Haqqında
Live with taste...
Fındıq Haqqında

"BAKFEM" müəssisəsi xammal kimi əsasən hələ qədimdən öz keyfiyyəti ilə fərqlənən "ATABABA" növündən istifadə edir. Bu növ Zaqatala-Şəki zonasında olan ümumi fındıq əkinin 95%-ini təşkil edir . 1926-cı ildən bu zona milli qoruq elan edilmişdir.

Azərbaycan fındığı hələ Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçən dövrlərində ticarət məhsulu idi. Ölkəmizin bütün tarixi boyunca fındıq kənd təsərrüfatının geniş yayılmış məhsullarından biri olmuş və Avropanın bir çox ölkələrinə ixrac edilmişdir. Azərbaycan fındığı dünya bazarında inamla yer tutur və öz keyfiyyətinə görə ən keyfiyyətli Türk fındıqlarından heç də geri qalmır.

Fındığın qida enerjisi.
Azərbaycan fındığı hər hansı bir kimyəvi maddələrlə istifadə olunmadan yetişdirilir və ekoloji cəhətdən təmiz məhsul sayılır. Tərkibi yüksək faizli zülal, yağlar, karbohidratlar və yüksək enerjili qiymətə malikdir.
Fındıq insan üçün enerji mənbəyi sayılır – 100 qram fındıq ləpəsində 639 kkal, və yüksək faizli zülal 16-19% arası yerləşir. Ləpələrin 60 ± 5%-ini olein qliçerid, stearin və palmitin turşularından ibarət yağ təşkil edir. Bu turşular qanda xolesterinin artmasının qarşısını alır, qan-damar xəstəliklərindən qoruyur, həmçinin inkişaf edən orqanizmə olduqca lazımlıdır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.
B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır. Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ sisteminə qarşı güclü profilaktik üsullardan biridir.
Fındıq – minerallar mənbəyi.
Fındığın tərkibində olan minerallar cavanlarla yanaşı yetkin orqanizm üçündə xeyirlidir. (Са) Kalsium sümük və dişləri möhkəmləndirir, (Fe) dəmir qana lazımdır, (Zn) Sink cinsi hormonların hazırlanması, (К) Kalium əsəb və əzələ sisteminin fizioloji fəaliyyətinə gərəkdir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.
Minerals
(Mg/100gr)
Vitamins
(Mg/100gr)
Main chemical
composition (100gr)
Humidity-6%
Protein-16-19%
Oil-60±5%
Cellulose-2,7%
Carbohidrate-9,6%
Ash-2,4%
Iron (Fe)-4,3
Calcium (Ca)-160
Sink (Zn)2,2
Potassium (K)-655,3
Natrium (Na)-2,1
Magnesium (Mg)-161,2
Copper (Cu)-1,3
Mangan (Mn)-5,1
B1-0,3
B2-0,12
Nicotin.k-1,75
B6-0,24
E-31,4
bakfem
Xəbərlər - "BakFem" MMC yeni məhsulun istehsalına başladı - "Şokoladlı Xurma"...               Xəbərlər - "BakFem" MMC Yeyinti Məhsulların Sərgisində iştirak etdi - WordFood...
B  A  K  I    F  I  N  D  I  Q    E  M  A  L  I    M  M  C
Ünvan:
Bakı - Azərbaycan
Bakixanov qəs, Bunyadov k.12
AZ1040
Tel: (+99 412)  425 00 84
Faks: (+99 412) 447 41 19
e-mail: office@bakfem.com


Copyright © 2011 "BakFem" Ltd
All rights reserved



Design © LMStudio
lm@bakfem.com