Fındıq haqqında:
"BAKFEM" müəssisəsi
xammal kimi əsasən hələ qədimdən öz keyfiyyəti ilə fərqlənən
"ATABABA" növündən istifadə edir. Bu növ Zaqatala-Şəki
zonasında olan ümumi fındıq əkinin 95%-ini təşkil edir .
1926-cı ildən bu zona milli qoruq elan edilmişdir.
Azərbaycan fındığı hələ Böyük İpək Yolunun Azərbaycan ərazisindən
keçən dövrlərində ticarət məhsulu idi. Ölkəmizin bütün tarixi
boyunca fındıq kənd təsərrüfatının geniş yayılmış məhsullarından
biri olmuş və Avropanın bir çox ölkələrinə ixrac edilmişdir.
Azərbaycan fındığı dünya bazarında inamla yer tutur və öz
keyfiyyətinə görə ən keyfiyyətli Türk fındıqlarından heç
də geri qalmır.
Fındığın qida enerjisi
Azərbaycan fındığı hər hansı bir kimyəvi maddələrlə istifadə
olunmadan yetişdirilir və ekoloji cəhətdən təmiz məhsul
sayılır. Tərkibi yüksək faizli zülal, yağlar, karbohidratlar
və yüksək enerjili qiymətə malikdir.
Əsas kimyəvi tərkibi
(100 г)
|
|
|
Rütubət - 6%
Protein - 16-19%
Yağ - 60±5%
Sellüloz - 2,7%
Karbohidratlar - 9,6%
Kül - 2,4%
|
В 1 - 0,3
В 2 - 0,12
Nikotin.k. -1,75
В 6 - 0,24
Е -31,4
|
Dəmir (Fe) - 4,3
Kalsium (Са) - 160
Sink (Zn) - 2,2
Kalium (К) - 655,3
Natrium (Na) - 2,1
Maqnezium (Мg) - 161,2
Mis (Сu) - 1,3
Manqan (Мn) - 5,1
|
Fındıq insan üçün enerji mənbəyi
sayılır – 100 qram fındıq ləpəsində 639 kkal, və yüksək
faizli zülal 16-19% arası yerləşir.
Ləpələrin 60 ± 5%-ini olein qliçerid, stearin və palmitin
turşularından ibarət yağ təşkil edir. Bu turşular qanda
xolesterinin artmasının qarşısını alır, qan-damar xəstəliklərindən
qoruyur, həmçinin inkişaf edən orqanizmə olduqca lazımlıdır.
Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların
qidasının ayrılmaz bir hissəsini təşkil etməlidir.
B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın
reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini
təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə
kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır.
Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ
sisteminə qarşı güclü profilaktik üsullardan biridir
Fındıq – minerallar
mənbəyi.
Fındığın tərkibində olan
minerallar cavanlarla yanaşı yetkin orqanizm üçündə xeyirlidir.
(Са) Kalsium sümük və dişləri möhkəmləndirir, (Fe) dəmir
qana lazımdır, (Zn) Sink cinsi hormonların hazırlanması,
(К) Kalium əsəb və əzələ sisteminin fizioloji fəaliyyətinə
gərəkdir. Tərkibində yüksək miqdarda olan kalium və kalsium
natriumla birlikdə sümük quruluşunun effektiv inkişafına
və yüksək qan təzyiqinin qarşısının alınmasına gətirib çıxardır.