AZ - EN - RU




İstehsal prosesi:

Fındığın emalı təmizlənmə və qurudulmadan başlayır. Müasir avadanlıqla ixtisaslaşma nəticəsində avtomatik rejimdə xammalı təsadüf nəticəsində düşmüş tullantılardan və standarta cavab verməyən ləpələrdən ayırır.
Daha sonra konveyer sistemi və elevator xammalı avtomatik qurudulma aparatlarına göndərir, burada xammalın rütubətini təyin olunmuş standartlara uyğun parametrlərə qədər gətirilir. Xüsusi bunkerlərdə xammalın ölçülməsi aparılır, bu daha sonrakı mərhələlərdə itkilərdən qaçmağa imkan yaradır
--------------------------------------------------------------------------------
Ləpələrin qabıqdan ayrılması prosesi, iki bir-birini əvəz edən müxtəlif avadanlıqla aparılır.
Qabıqdan ayrılmış ləpələr bir daha ölçülmədən keçir.
Bu mərhələdən başlayaraq, hazır məhsulun standartlar və sifarişçilər tərəfindən təyin olunan son parametrləri verilir.
--------------------------------------------------------------------------------
Çalışqan çeşidləyici qadınların əlləri altından keçən fındıq ləpələri ilk məhsul görünüşünü alır, məhsulun digər hissəsi isə daha dərin emaldan keçərək istehlakçıları daha geniş çeşidlə təmin etməyə imkan yaradır (qovurulmuş, doğranmış, toz və s.) .
--------------------------------------------------------------------------------
Termo-emal zonasında ləpələr lazım olan rütubətə və qızardılmaya gətirilir.
Lazımi temperaturlu isti hava avtomatik sobalarda formalaşır.
Daha sonra qızarmış ləpə daxili qabıqdan təmizlənir. Fotoelementdən istifadə edən aqreqat qabıqdan təmizlənmiş ləpələri digər ləpələrdən tamamilə ayırır.
Sifarişçilərin tələbinə əsasən müəyyən parametrlərlə hazırlanmış ləpə, 0-2 mm. (toz), 2-4 mm., 4-6 mm və sifarişə əsasən istənilən digər ölçülərdə doğranmağa verilir
--------------------------------------------------------------------------------
Məhsulun uzun müddət keyfiyyətini qoruyub saxlaması üçün 12,5 - 20 kiloqramlıq vakuum üsulu ilə qablaşdırılmış polietilen kisələrə qablaşdırılma aparılır
--------------------------------------------------------------------------------
Bütün istehsalat prosesi, xammal ehtiyatı və hazır məhsullar daim lazım olan avadanlıqla təchiz olunmuş və keyfiyyət, hazır məhsul və xammalın yoxlanılmasında təcrübəli olan fizika-kimya laboratoriyası işçilərinin nəzarəti altında yoxlanılır.


 
















 

© 2006 Copyright BakFem www.bakfem.com

 

 

 

 

 


CERTIFICATE
DIN EN ISO 9001:2000
The TÜV CERT Certification
Body of TÜV Thüringer e.V.