Fındıq özünün yüngül, ətirli
və dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur.
Axır 20 ildə dünyada fındıqdan istifadə 2 dəfə artmışdır.
Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda –
konfetlərin, şokoladın, şirniyyatların, tortların, piroqların,
bişintilərin hazırlanmasında istifadə olunur.
Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və
doymamış yağlarla zəngindir; tərkibində isə xolesterin yoxdur.
Fındığın səhhətə xeyrinin əsas səbəbi tərkibində çox miqdarda
xeyirli və doymamış yağların olmasıdır. Fındıq ləpəsinin
tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan doymamış
turşulardan - olein və linol turşularından təşkil olunmuşdur.
Elmi sübut olunub ki, doymuş yağlardan qidada istifadəni
minimuma çatdırmaq lazımdır çünki bu insan da ürək qan-damar
xəstəliklərinin yaranmasına gətirə bilən əsas səbəblərdən
biri ola bilər. ABŞ-da 70-ci illərdən bizim günlərədək,
qidasında daim fındıqdan istifadə edənlərin səhhətlərinin
tədqiqi aparılır. Bu tədqiqat nəticəsində məlum edilmişdir
ki, ürək xəstəliklərinə tutulma ehtimalı qidada fındıqdan
istifadə edənlər etməyənlərə nisbətən 50% aşağıdır.
Fındıq insan üçün enerji mənbəyidir - 100 q. fındıq ləpəsində
639 kkal enerji malikdir, həmçinin yüksək faizli zülalla
da 16%dan 19%a qədər zəngindir.
B qrupunun vitaminləri və E vitamini ürək, əzələ, insanın
reproduktiv sisteminin normal fəaliyyətinin ayrılmaz hissəsini
təşkil edirlər. E vitaminin əsas özəlliyi onun orqanizmdə
kanserogen faktorların əmələ gəlməsinə maneə olması bacarığıdır.
Yəni, Е vitamini xərçəngə, ürək xəstəliklərinə və əzələ
sisteminə qarşı güclü profilaktik üsullardan biridir. Tərkibində
yüksək miqdarda olan kalium və kalsium natriumla birlikdə
sümük quruluşunun effektiv inkişafına və yüksək qan təzyiqinin
qarşısının alınmasına gətirib çıxardır.
Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar
xəstlikərinin yaranmasının qarşısını alır, həmçinin inkişaf
edən orqanizm üçün də çox lazımlıdır. Buna görə də fındıq
uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının ayrılmaz
bir hissəsini təşkil etməlidir. Sadəcə maraqlıdır ki, bir
neçə xeyirli məhsulun əlavə edilməsi çox gözəl dadın alınmasına
şərait yaradır.
- BakFem-in istehsal gücü, yeni və daim yenilənən texnologiyaya
əsaslanaraq istehsalını artırmaq üçün geniş şəraitə malikdir.
İstehsal çeşidinin genişlənməsi zamanı buna uyğun olaraq
emal edilən fındıq nəzərə alınır. Təbii olaraq fındıq pastasının
istehsalı lazımlı bir forma almışdır. Fındıq pastası (ovulmuş
fındıq) – qənnadı sənayesində quru səhər yeməyinə əlavə
kimi, şokolad fındıq pastasının, kremin, şirənin, karamelin,
yoqurtun, dondurmanın və digər məhsulların istehsalında
daha da geniş yayılmaqdadır. Yüksək yağ tutumu ilə əlaqədar
fındıq tozu çox xırda vəziyyət alana qədər üyüdülür (fındıq
ləpəsinin ölçüsü 2mm olana qədər), nəticədə füsunkar ətirli
oxşar maye konsistensiyalı məhsul alınır.
Bizim fındıq pastamız (ovulmuş fındıq) gözəl göstəricilərə
malikdir: 100% yaxşı qızardılmış ovudulmuş fındıq, hissəciklərinin
ölçüsü 30 mikron, 2.5% dan artıq olmayan rütubətin kütlə
hissəsi, tərkibi 57-63% yağ, 15-20% zülal, 15-30% karbohidratdan
(fındığın növündən asılı olaraq) ibarətdir
Ənənəvi olaraq fındıq pastasından pralinanın, trüfelin və
fındıq əsasında şirənin, bişintinin hazırlanmasında istifadə
olunur.
Yoqurt və süd kokteyllərinə əlavə olunmuş fındıq pastası
məhsula xüsusi zəngin bir dad verərək məhsulun daha da qidalı
olmasında öz rolunu oynayır. Fındıq yağı qənnadı məhsullarının
qida ehtiyatını qaldıraraq, onların dadını yaxşılaşdırır,
məhsulun ətrini saxlayır və prolinə edilmiş yağların struktur
alınmasında rol oynayır. Ovulmuş fındıq – maye reseptli
komponent, bircinsli və plastik kütlə alınmasını təmin edir.
Fındıq pastasına əsasən şirənin hazırlanması zamanı əgər
yağ fazası fındıq pastası il əvəz edilsə hiss edilə biləcək
qədər daha yaxşı dad əldə etmək olar.
Amerika və Avropada fındıq yağı böyük populyarlıqdan istifadə
edirlər – onu hər evdə tapmaq mümkündür. Amerikalılar sendviçin
və digər desertlərin hazırlanmasında fındıq yağından geniş
istifadə edirlər.
Fındıq yağının əsas üstünlüyü ondadır ki, o təbii məhsullardan
hazırlanır və hazırlanma müddətində heç bir konservantdan
və qida boyaq maddəsindən istifadə olunmur. Orqanizminin
normal fəaliyyəti üçün tərkibi Е və В vitaminlərindən, müxtəlif
minerallardan ibarətdir, həmçinin tərkibində kardioloji
və onkoloji xəstəliklərinin inkişafının qarşısının alan,
hamiləlik dövründə təhlükəliliyin ehtimalını azaldan foliye
turşusu daxildir. Tərkibində xolesterinin olmamağı fındıq
yağını insan üçün ürək qan-damar fəaliyyətinin tənzimlənməsində
əvəzsizdir. Fındığın tərkibindəki komponentlər (fitosterol,
karetenoid, flavonoid) bu məhsulu diyetik etməyə imkan yaradır,
fındıqda olan digər orqanizmə xeyirli amin turşuları, vitaminlər,
makro-mikro elementlər hazır məhsulun xeyrini dəfələrlə
artırır. Fındıq yağı füsunkar dada malikdir və orqanizm
tərəfindən rahat qəbul olunur.
Fındıq pastasının hazırlanması yeni bir məhsulun əmələ gəlməsinə
gətirib çıxartmışdır: fındıqlı-şokolad kremi. Bu fındıq
pastasının yüksək keyfiyyətli komponentlərlə ovulmuş yüngül
yağ kütləsini təşkil edir. Onun çörəklə istifadəsi sürətli,
doyumlu və ekonomik yolla aclığın qarşısını almaq üçün gözəl
imkandır. Bu yalnız uşaqların deyil böyüklərində sevimli
şokolad dadlı, fındıqlı çərəzidir. Fındıqlı-şokolad kremi
qənnadı istehsalında, çörək-bulka məmulatlarında istifadə
olunur və fındıqlı-şokolad kreminin tamı ilə gözəl dad əldə
edilir. 100 qram məhsulun tərkibi: 3 q. zülal ,51.2 q. karbohidrat,
37 q. yağ, 0 q. xolesterin, enerji miqdarı isə 550 kkal
ibarətdir.
BakFem-in çeşidləri arasında “qrilyaj” şokolad kremi də
mövcuddur. Bu məhsulun tərkibi yaxşıca qızardılmış, xırdalanmış
fındıqdan ibarətdir. Şokolad gözəl dad xüsusiyyətlərindən
əlavə, 553 kkal qida enerjisi verir. Teobromin və kofein
sayəsində bu məhsul tez yorğunluğu aradan qaldırır, iş fəaliyyətini
artırır.
Yaxşıca qızardılmış fındığın əldə olunması ilə müxtəlif
ölçülərdə şokolad drajeləri hazırlanmağa başlanmışdır.
Draje – gövdə və örtükdən ibarət olan qənnadı məhsuludur.
Bu konfetlər parlaq yumru müstəvi səthli, uşaqların və böyüklərin
diqqətini cəlb edən yüksək qida enerjili (tərkibində 2 yüksək
kalorili məhsul fındıq v şokolad mövcuddur) məhsuldur. Drajenin
hazırlanma texnologiyası aşağıdakı mərhələlərdən keçir:
gövdənin hazırlanması, yəni drajenin əsası (yəni fındıq
ləpəsi), gövdənin draje edilməsi ,cilalanma, qablaşdırılma
və bağlama.
Fındığın tərkibindəki xeyirli maddələr ürək xəstəliklərinin
əmələ gələ bilmə ehtimalını azaldır, damarlara xeyirli təsir
göstərir, beyin fəaliyyətini yaxşılaşdırır, yorğunluğu aradan
qaldırır, güc və gümrahlığı bərpa edir, mədə bağırsaq vəzlərinin
fəaliyyətini yaxşılaşdırır və digər növ xəstəlikləri müalicə
edir. Qənnadı məhsullarında fındıqdan hazırlanan məhsullarla
yalnız sağalmaq yox, hətta tibb tərəfindən müalicəsi olmayan
xəstəliklərdən də şəfa tapmaq olar.
Fındığı heç də boş yerə bu növ məmulatların kralı adlandırmırlar.
Fındıq qədimdən bəri öz şəfa edici xüsusiyyətləri ilə məşhurdur.
Fosfor və kaliumun miqdarına görə onların tayı-bərabəri
yoxdur. Meyvəsi ilə yanaşı hətta qabıq və yarpaqları da
müalicə əhəmiyyətlidir. Qabığının həlimi və yarpaqlarının
şirəsi kapillyar qanaxmanın, damarların daraldılması kimi
müalicəvi əhəmiyyətə malikdir. İştahın artırılması üçündə
istifadə olunur.